Univeriuma Xoş Gəlmisiniz - Müasir və dəbli tələbə həyatı!

Tələbə həyatı “Univerium”dakı qədər möhtəşəm olmamışdı. Tam təchiz olunmuş otaqlarımızda sizə şəhərin mərkəzi bir yerində, ən müasir tələblərə cavab verən, stimul verici və təhlükəsiz mühitdə müstəsna yaşayış təcrübəsi üçün müxtəlif imkanlar təqdim olunur.

“Univerium”da sizin bütün ehtiyac və gözləntiləriniz nəzərə alınmışdır. Otaqlar tam döşənmiş və mebelli olub olduğunuz yerdən asılı olmayaraq sizin köçməyinizi asanlaşdıracaqdır. Aylıq kirayə qiymətlərinə kondisoner, yüksək sürətli internet və wi-fi, məişət və sosial xidmətlər, bütün əlavə imkanlardan pulsuz istifadə, poçt xidməti, otaqların və yataq dəstlərinin təmizliyi daxildir.

Əlavə olaraq tələbə yeməkxanamızın dadlı yeməklərindən də yararlana bilmək üçün aylıq yemək paketi də əldə edə bilərsiniz. Sizə pulsuz yüksəksürətli internet, fərdi və qruplarla iş otaqları, 24 saat təhlükəsizlik, açıq terras, kinoteatr, mükəmməl imkanlara sahib fines zalı, akustik musiqi otaqları, oyun otaqları, basketbol və meydançası, tələbə yeməkxanası və yemək otaqları və alt mərtəbədə yerləşən restoranlar, kafelər və digər möhtəşəm imkanlar təklif edirik. Hər mərtəbədə yerləşən və internetlə təmin olunmuş ümumi iş otaqlarında siz dərslərinizlə məşğul ola və ya sadəcə dincələ bilərsiniz. Bundan başqa hər bir tələbə 3 qat təhlükəsizliyinizi təmin edən elektron giriş kartlarına sahib olacaqlar: Əsas giriş qapısında, mərtəbə girişlərində və ya liftlərdə, otaqların qapısında. Əlavə olaraq yataqxananın bütün girişlərində 24 saat təhlükəsiz təmin ediləcəkdir.

Sizi lazım olan bütün yaşayış imkanları ilə təmin edən və layiq olduğunuz bir tələbə həyatı yaşamanız üçün bir fürsət axtarışındasınızsa elə bu gün bizə müraciət edin!

Paketlər

Böyütmək üçün tıklayın

Paket A

Otaq 4 nəfər üçün dizayn olunub.
Otağın sahəsi 45 m²-dir.
Hər tələbə yataq, yazı masası və şəxsi əşyalarının yığılması üçün yerlərlə təmin olunur. Otaqda 1 ədəd hamam və 1 əsas ayaqyolu var.

Paket A-ya daxildir:
  • Yüksək sürətli internet
  • Kondisioner və havalandırma xidməti
  • Ayda iki dəfə yataq dəstinin dəyişdirilməsi
  • Bütün gün ərzində isti və soyuq sudan istifadə
  • Camaşırxanadan istifadə
  • Otaqların müntəzəm təmizlənməsi
  • 24/7 təhlükəsizlik
  • Bütün ümumi məkanlardan istifadə imkanı
Qiymət: Zəhmət olmasa bizimlə əlaqə saxlayın.
*Yemək Paketi: Gündə 3 dəfə tələbə yataqxanasında yemək (Qiymət: Zəhmət olmasa bizimlə əlaqə saxlayın)
Böyütmək üçün tıklayın

Paket B

Otaq 4 nəfər üçün dizayn olunub və Paket A-dan daha genişdir.
Otağın sahəsi 60 m²-dir.
Hər tələbə yataq, yazı masası və şəxsi əşyalarının yığılması üçün yerlərlə təmin olunur. Otaqda 2 ədəd hamam və 2 ədəd ayaqyolu var.

Paket B-ya daxildir:
  • Yüksək sürətli internet
  • Kondisioner və havalandırma xidməti
  • Ayda iki dəfə yataq dəstinin dəyişdirilməsi
  • Bütün gün ərzində isti və soyuq sudan istifadə
  • Camaşırxanadan istifadə
  • Otaqların müntəzəm təmizlənməsi
  • 24/7 təhlükəsizlik
  • Bütün ümumi məkanlardan istifadə imkanı
Qiymət: Zəhmət olmasa bizimlə əlaqə saxlayın.
*Yemək Paketi: Gündə 3 dəfə tələbə yataqxanasında yemək (Qiymət: Zəhmət olmasa bizimlə əlaqə saxlayın)
MÜRACİƏT ET

Üstünlüklər

Universitetinizin yaxınlığında mənzil axtararkən tam təhciz olunmuş bir məkandan daha çoxunu istəyəcəksiniz. Akademik karyeranızı davam etdirərkən sizə yeni imkanlar təklif edən, ehtiyaclarınıza cavab verən və şəxsi inkişafınıza kömək olacaq bir yerə ehtiyacınız olacaq. Yataqxanamız yüksək səviyyəli bir tələbə evindən gözlədiyiniz bütün imkanlarla doludur. Univerium eyni zamanda dostlarınız və tələbə yoldaşlarınızla birgə təhsil almaq, dincəlmək və əylənmək imkanları təqdim etmək üçün yaradılmışdır. Hər mərtəbədə və açıq terrasda yaradılan iş və istirahət zonaları sizi akademik naliyyətlərə və həyatın digər prioritetlərinə diqqət yetirmək üçün daha da ruhlandıracaqdır. Univerium sizə fitnes mərkəzinin xidmətlərindən də yararlanmağı təklif edir. Bundan başqa musiqi otaqları, oyun meydançaları, kinoteatr kimi üstünlüklərdən də yararlanaraq öz dostlarınızla maraqlı vaxt keçirə bilərsiniz.

Böyütmək üçün tıklayın

Otaqlara aİd üstünlüklər:

  • Yüksək keyfiyyətli yataq və yataq dəsti
  • Yazı masası və stulu
  • TV və yüksək sürətli internet
  • Şəxsi rəflər və saxlama yerləri
  • Gecə lampaları və fərdi işıqlandırma sistemləri
  • 24 saat isti və soyuq su
  • Mərkəzləşmiş isitmə və soyutma sistemi
  • Səs izolyasiyalı pəncərələr
  • Şəhərin gözəl mənzərəsi
Böyütmək üçün tıklayın

Ümumİ üstünlüklər:

  • Tələbə yeməkxanası (-1. Mərtəbə)
  • Konsfrans otağı, kino zalı və idman barı (5. Mərtəbə)
  • Stolüstü oyunlar, bilyard, stolüstü tennis (bütün mərtəbələrdə)
  • İstirahət otaqları, pulsuz internetlə təmin olunan digər otaqlar, kofe və çay nöqtələri (bütün mərtəbələrdə)
  • Oxu zalları (bütün mərtəbələrdə)
  • Fitness, yoqa, aerobika və digər oyunlar üçün idman zalı (-1. Mərtəbə)
  • Xüsusi akustik panellərlə təchiz olunmuş musiqi otaqları (-1. Mərtəbə)
  • Basketbol üçün açıq havada müasir idman sahəsi
  • Camaşırxana (-1. Mərtəbə)
  • 24/7 təhlükəsizlik
MÜRACİƏT ET

Unİverİum

HAQQIMIZDA

Univerium 2018-ci ildə tikilib. Bizim yataqxanamız 650-dən çox tələbəni fərdi və ortaq otaqlarla təmin edə bilər. Univerium binası Bridge Groups of Companies tərəfindən Britaniya memarlıq şirkəti olan “Design Lab Architects”in layihəsi əsında tikilib. Yataqxana Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində, Bakının əsas universitetlərinin, metro stansiyalarının, parkların və ticarət mərkəzlərinin yaxınlığında yerləşir.

Komandamız - Univerium komandası profesional və təcrübəli tələbə mənzil və əmlak menecerləri,əməliyyat və logistika mütəxəsisləri, matketinq və lizinq işçilərindən ibarətdir. Univeriumda sakinlərimizin, müştərilərimizin və işçilərimizin məmniniyyəti üçün əlimizdən gələnin ən yaxşısını edirik.

Məqsədimiz - Univerium sizi akademik və şəxsi müvəffəqiyyətə və sakinlərimizin rifahına stimul yaradan təhlükəsiz, rahat və cəlbedici bir mühitlə təmin edir.

Dəyərlərimiz - Univerium işində aşağıdakı əsas dəyər və prinsiplərə riayət edir. Bu dəyərləri tələbə və valideynlər, universitetlər, müştərilər, təchizatçılar və işçilərlə işimizdə tətbiq edirik.

Xidmətdə mükəmməlik və peşəkarlıq: Tələbələrimizə və universitetlərimizə bütün işlərimizdə mükəmməl xidmət göstərməyə çalışırıq. Peşəkarlıq və tələbələrin ehtiyaclarına cavab vermək əsas prinsiplərimizdən biridir.

Əhatəli və müxtəlif mühit: Özünə, başqalarına və ətraf mühitə hörmətə əsaslanan rəngarəng tələbə mühitini yaratmağa və dəstəkləməyə borcluyuq.

Tələbələrin rifahı: Tələbələrimizin şəxsi və peşəkar inkişafı üçün çalışırıq.

Qaydalar və təlİmatlar

Missiyamız Univeriumdakı innovativ və məsqəli proqram və xidmətlər vasitəsi ilə tələbələr üçün təlükəsiz və stimul verici bir yaşayış mühiti yaratmaqdır. Univerium sizin yeri eviniz olmaqla bərabər, həm də müxtəlif sahələrdən olan insanları özündə birləşdirir. Lakin hamınızın bir ortaq cəhəti var: Bir binadan ibarət olan yaşayış sahəsi. Köçükdən sonra siz və otaq yoldaşlarınız yataqxananın siyasətini və gözləntilərini ətraflı bir şəkildə əks elətdirən “Tələbənin məlumat kitabçası”nı əldə edəcəksiniz. Hər bir şəxs bu qaydalara və digərlərinin şəxsi həyatına hörmətlə yanaşmalıdır. Bu qaydaların pozulması sizin universitet rəhbərliyiniz və Univerium rəhbərliyi tərəfindən qiymətləndiriləcəkdir. Qaydaların pozulması xəbərdarlıq, cərimələr və müqavilənin xitamı ilə də cəzalandırıla bilər.

Aşağıdakı qayda və təlimatlar bu kitabçadan bir hissədir.

Otaqlarda qayda və təlimatlar:
● Bütün otaqlarda siqaret çəkilməyi qadağandır. Siqareti yalnız xüsusi ayrılmış yerlərdə çəkə bilərsiniz.
● “Səssiz” saatlar axşam 10-dən səhər 7-ə kimi olan vaxtı əhatə edir.
● Otaqlarda mebellərin daşınmasına icazə verilmir.
● Qonaqlarınızın otaqlarda gecələməsinə icazə verilmir.
● Otaqları təmiz və səliqəli saxlayın.
● Olduğunuz yerdən çıxarkən işıqları söndürün.
● Otaqlarda ev heyvanı saxlanılmasına icazə verilmir.
● Ümumi sağlamlıq və gigiyena qaydalarına əməl edin.
● Otaq çıxan son şəxs sizsizsə qapını bağladığınızdan əmin olun.
● Açıq içki və yemək qablarını otaqlarda saxlamayın.
● Hər hansı gigiyenik problemlər yaranmasın deyə tullantılar həmin gün atılmalıdır.
● Hamamlar hər zaman təmiz saxlanmalıdır.
● Otaq yoldaşlarınızın məhrəmliyyətinə və şəxsi əyşalarına qarşı diqqətli olun.
● Açarların və giriş kartlarının icazəsiz istifadəsi və çoxaldılması qadağandır.
● Otaqda yemək bişirmək qadağandır.

Ümumi qayda və təlimatlar:
● Siqaret çəkilməsinə yalnız xüsusi ayrılmış yerlərdə icazə verilir.
● Univeriumda “səssiz” saatlar axşam 10-dan səhər 7-ə kimidir.
● Yataqxana ərazisində alkoqoldan istifadə qadağandır.
● Qonaq siyasəti: Bütün qonaqlar saat 22:00-a kimi ərazini tərk etməlidirlər.
● Qeydiyyatsız qonaqlara icazə verilmir.
● Yataqxana ərazisində ev heyvanlarının saxlanmasına izacə verilmir.
● Fitnes mərkəzi 6:00-dan 0:00-a qədər istifadədir.
● Tələbə yeməkxanası 7:00-dan 21:00-a qədər istifadədir.

FAQ

1. Yataqxanaya köçmək üçün necə müraciət edə bilərəm?
Bu proses çox asandır. Əsas səhifənin yuxarısındakı “Müraciət et” hissəsindən istifadə edin.
2. Müraciət edərkən hansı sənəd lazımdır?
Siz tələbə biletinizin və şəxsiyyət vəsiqənizin bir nüxsəsini təqdim etməlisiniz. Əcnəbi tələbələr öz isə passportlarını tədqim etməlidir.
3. Oğlan və qız tələbələr eyni otağı bölüşə bilər?
Xeyr, qız və oğlan tələbələrin otaqları tamamilə ayrıdır.
4. Mən öz otağımı bölüşəcəyim şəxsləri özüm tapmalıyam?
Xeyr, siz öz otaq yoldaşlarınızı tapmırsız və siz yalnız öz kirayə götürdüyünüz yerə görə məsuliyyət daşıyırsız.
5. Mən dostumla birgə gəlib eyni otaqda qala bilərəm?
Siz birgə müraciət edib eyni otağı bölüşmək istəyinizi bildirəndən sonra biz əlimizdən gələni edəcəyik ki, siz və dostunuz eyni otaqda qalasınız.
6. Mən bir müddət məsələn, 3 və ya 6 ay öncədən yer saxlaya bilərəm?
Bəli, siz öncədən yer rezerv edə bilərsiniz. Zəhmət olmasa öncədən sifariş üçün bizimlə telefon zəngi və ya e-mail vasitəsi ilə əlaqə saxlayın.
7. Kommunal xidmətlərin xərcləri də kirayə haqqına daxildir?
Bəli, bütün xidmətlər- elektrik, məişət tullantıları, isti və soyuq su, yüksək sürətli internet və s. qiymətə daxildir
8. Bəs camaşırxana xidməti necə?
Siz bizim camaşırxananın da xidmətindən ayda 1 dəfə pulsuz yararlana bilərsiniz.
9. Təmizlik xidməti təmin edilir?
Biz ayda 4 dəfə öz təmizlik xidmətimizi pulsuz təqdim edirik.
10. Otaqlarda ev heyvanı saxlamaq olar?
Xeyr, otaqlarda ev heyvanı saxlanmasına icazə verilmir.
11. Mən yataqxanada qonaq qəbul edə bilərəm?
Qonaqların qəbuluna yalnız gün ərzində saat 22:00-a dək icazə verilir. Təəssüf ki, qonaqların gecələməyinə icazə yoxdur.
12. Mən otağımda siqaret çəkə bilərəm?
Xeyr, siqaret çəkməyə yalnız yataqxana ərazisində xüsusi ayrılmış yerlərdə icazə verilir.
13. Yemək də kirayə haqqına daxildir?
Xeyr, siz kirayə haqqından əlavə olaraq kiçik bir məbləğ qarşılığında yemək paketini də əldə edə bilərsiniz. Əgər bu paketdən imtina edirsinizsə onda öz yemək xərcinizi özünüz qarşılamalısınız.
14. Mən öz kirayə haqqımı necə ödəyə bilərəm?
Siz kirayə haqqınızı nağd pulla və ya bank kartı ilə ödəyə bilərsiniz.
15. Yataqxananın təhlükəsizliyi təmin edilir?
Bəli, yataqxanada 3 mərhələli təhlükəsizlik sistemi mövcuddur: elektron giriş kartları ilə əsas girişdə, mərtəbə girişi yə ya liftlərdə və otaq girişlərində. Bundan başqa, bütün yataqxanın təhlükəsizliyi 24 saat ərzində təmin edilir.
16. Otaqlara necə giriş etmək olar?
Sizə otaqlara giriş üçün xüsusi kartlar veriləcəkdir.
17. Yataqxananın hansı ümumi imkanlarından yararlanmaq olar?
Bizim müxtəlif imkanlardan, o cümlədən, fitness mərkəzindən, basketbol meydançasından, kino zaldan, musiqi otaqlarından, istirahət otaqlarından və s. dən istifadə edə bilərsiniz.
18. Yataqxananın yaxınlığında avtobus dayanacağı var?
Bəli, yataqxana şəhərin mərkəzi hissəsində yerləşir və yaxınlıqda dayanacaqlar mövcuddur. Dayanacaqlardan keçən avtobuslarla qısa bir zaman ərzində, ADNSU, ADA, ATU, BDU, ADİU, ADU və s. kimi universitetlərə gedə bilərsiniz.

MÜRACİƏT ET

Ünvan

Univerium şəhərin mərkəzi hissəsində, Bakıxanov və C.Hacıbəyli küçələrinin kəsişməsində, bir çox əsas universitetin yaxınlığında yerləşir. Siz yaxınlıqdakı avtobus dayanacaqlarından və ya piyada məsafəsində yerləşən Gənclik və 28 may metro stansiyalarından istifadə edərək tez bir zamanda universitetinizə çatacaqsınız. Həmçinin yaxınlıqda istirahət etməyiniz üçün bir sıra gözəl parklar da mövcuddur.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - Avtobus № 85, - 16 dəqiqə, piyada 16 dəqiqə
  • ADA University - Avtobus № 17, № 133 - 19 dəqiqə, piyada 22 dəqiqə
  • Azərbaycan Tibb Universiteti - Avtobus № 38 - 18 dəqiqə, piyada 21 dəqiqə
  • Azərbaycan Dövlət İqtisad Universiteti (ikinci korpus) - Avtobus № 38 - 20 dəqiqə, piyada 33 dəqiqə
  • Azərbaycan Dövlət İqtisad Universiteti (dördüncü korpus) - Avtobus № 38 - 18 dəqiqə, piyada 19 dəqiqə
  • Azərbaycan Dillər Universiteti (əsas bina) - Avtobus № 88 - 11 dəqiqə, piyada 10 dəqiqə
  • Azərbaycan Turizm və Menecment Universiteti - Avtobus № 133 - 19 dəqiqə
  • Bakı Dövlət Universiteti - Avtobus № 3 - 33 dəqiqə
  • Azərbaycan Texniki Universiteti - Avtobus № 3 - 29 dəqiqə
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti - Avtobus № 3 - 33 dəqiqə
  • Bakı Slavyan Universiteti - Avtobus № 88 - 22 dəqiqə, piyada 22 dəqiqə
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - Avtobus № 17 - 23 dəqiqə
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas bina) - Avtobus № 88 - 24 dəqiqə
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Avtobus № 133 - 18 dəqiqə, piyada 26 dəqiqə

Əlaqə

UNİVERİUM

Bakıxanov və C.Hacıbəyli küçələrinin kəsişməsi, Bakı, Azərbaycan AZ 1007

 

T+99412 4045554

T+99450 7075554

 

E info@univerium.az

 


GÖNDƏR

“Unİverİum” qeydİyyat forması

Sizim müraciətinizin növbəti mərhələləri ilə bağlı “Univerium” əməkdaşı sizinlə 3 iş günü ərzində əlaqə saxlayacaq.